Prezident birinci yeri tutanlara 10 min ayırdı - Sərəncam
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, festivalda birinci yeri tutan hər bir idmançıya 10 min, onun şəxsi məşqçisinə 5 min manat məbləğində mükafat veriləcək. Bundan başqa, ikinci yeri tutan hər bir idmançıya 7 min manat, onun şəxsi məşqçisinə 3,5 min manat, üçüncü yeri tutan hər bir idmançıya 5 min manat, onun şəxsi məşqçisinə isə 2,5 min manat məbləğində mükafat müəyyən edilib. Bundan başqa, komandanın baş məşqçisinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...