Sabah 23 dərəcəyədək isti gözlənilir
6 fevralda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 15-19, Bakıda gecə 5-7, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
-
Agentlik sədri iki qudasına yüksək vəzifə verib
...
-
Sabah 39° isti olacaq
...
-
Sabahın havası - 40° isti
...
-
Qurban bayramının namazı bu saatlarda qılınacaq
...
-
Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi
...
-
Azərbaycan etibarlı tranzit ölkədir
...
-
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir
...
-
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır
...
-
Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır
...
-
Tarixi zəmin, zamanın tələbi
...