Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
Milli Məclisin növbədənkənar iclası çağırılıb.
Avqustun 3-də keçirilməsi nəzərdə tutulan iclasla bağlı artıq deputatlara məlumat verilib.
İclasın gündəliyi bəlli olmasa da, növbədənkənar sessiyada deputat Eldəniz Səlimovla bağlı məsələyə baxılması nəzərdə tutulur.
Qeyd edək ki, polis əməkdaşını döyən millət vəkili Eldəniz Səlimovla bağlı artıq cinayət işi açılıb.
Xatırladaq ki, deputata cinayət işi açıldığı halda prosedura uyğun olaraq Baş Prokurorluq onun toxunulmazlıq hüququnun ləğv edilməsiylə bağlı Milli Məclisin rəhbərliyinə müraciət edir.
Milli Məclisin rəhbərliyi isə bu barədə İntizam Komissiyasında məsələnin müzakirəyə çıxarılmasına göstəriş verir. İntizam Komissiyasında məsələ müzakirə edildikdən sonra plenar iclasına tövsiyə edilir. Plenar iclasda səsvermə nəticəsində toxunulmazlıq hüququnun ləğv edilib-edilməməsi barədə qərar qəbul edilir.
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...
-
Milli Məclis İlham Əliyev və xanımını təbrik edib
...
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...