Sabahın havası açıqlandı
Azərbaycanda dekabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...