Taleh Gülməmmədov ümidini itirmir
Ötən həftə Region Liqasında 2-ci dövrəyə start verildi. Bol qollu keçən turda bəzi iddialı komandalar xal itkisiylə üzləşdi.
Azəripress.az xəbər verir ki, çempionatın qalibi olmağı hədəfləyən "Qubustan" səfərdə "Masallı PFK"ya məğlub oldu. Qobustan təmsilçisinin vitse-prezidenti Taleh Gülməmmədov oyun və çempionatla bağlı fikirlərini dedi:
"Biz 5 ildən çoxdu stabil olaraq Region Liqasında iştirak edirik. Hər mövsüm olduğu kimi bu ildə qarşımıza qrupdan çıxmaq və çempionluğu qazanmaq hədəfi qoyulub. Düzdü, mövsümə heç də istədiyimiz kimi başlamadıq. Amma ümidsizliyə qapılmırıq. Hazırda 6 xalla 4-cü pillədəyik. Növbəti turda doğma meydanda debütant "Biləsüvar"ı qəbul edəcəyik. Həmin oyunda qələbə qazanmağa çalışacağıq. 2-ci dövrə yeni başlayıb. Hələ də qrupdan çıxmaq şansımız var. Bunun üçün sona qədər mübarizə aparacağıq".
ABDULLA İSMAYILOĞLU
-
Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində qrup lideri kimi yarımfinala yüksəlib
...
-
Avropa Kuboku: Millimiz Ermənistana böyük hesabla qalib gəlib
...
-
Millimiz Albaniyaya məğlub oldu
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçirildi - Fotolar
...
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...