Azərbaycanlı polis Avrasiya çempionu oldu - Fotolar
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev Gürcüstanın Rustavi şəhərində keçirilən MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatında qalib gəlib.
Azərbaycan təmsilçisi 90 kiloqramdan artıq çəki dərəcəsində peşəkarların yarışında Avrasiya kəmərinin sahibi olub.
Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun əməkdaşı, polis serjantı Rəşad Vəliyev əvvəllər yunan-Roma güləşi üzrə yarışlarda gücünü sınayıb, respublika və Bakı birinciliklərində fəxri kürsünün ilk pilləsinə qalxıb. Hazırda əlbəyaxa döyüş növləri ilə məşğan Rəşad indiyədək bir çox uğur qazanıb. O, ötən il qaydasız döyüş üzrə dünya çempionatında qızıl medala sahib olub. Yeddiqat respublika çempionu olan təmsilçimiz beynəlxalq turnirlərdə də baş mükafata layiq görülüb.
Rəşad Vəliyevi yarışlara DİN İdman Cəmiyyətinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyev hazırlayıb.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...