Azərbaycan cüdo millilərinə yeni baş məşqçi təyin edildi
Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib. Bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov verib.
O bildirib ki, kişilərdən ibarət Azərbaycan millisi ukraynalı Ruslan Maşurenkoya həvalə edilib. Sidney-2000-nin üçüncüsü və Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 46 yaşlı mütəxəssisə avstriyalı Peter Zayzenbaherin gedişindən sonra yığmamızda baş məşqçi əvəzi işləyən Fərhad Məmmədov köməklik edəcək.
Qadınlardan ibarət yığmamızda isə Elçin İsmayılovu Natiq Bağırov əvəzləyib. Sambo üzrə Avropa, cüdo üzrə ikiqat dünya və dördqat Avropa çempionu olan 53 yaşlı həmyerlimiz bu təyinatadək kişi cüdoçulardan ibarət Belarus millisində böyük məşqçi kimi fəaliyyət göstərirdi.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...