Novruz Məmmədov nazir və qurum rəhbərlərini topladı - Foto
İyunun 8-də baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilib.
İclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsi barədə və idxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilib.
Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
İclasa yekun vuran Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verdi.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...