Eşşək fermasıyla bağlı rəsmi açıqlama - Süddə bakteriya tapıldı
Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasındakı yoxlamalarla bağlı açıqlama yayıb. Daxil olan məlumata görə, qurum mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilmiş və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.
Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.
Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...