Cahangir Hacıyevin 42 milyon dollarlıq təyyarəsinin - Sənədləri
Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın özəl “Gulfstream G550” təyyarəsini necə əldə etməsi barədə sənədlər yayımlanıb.
Sənədləri azərbaycanlı bloqer Cavanşir Həsənli açıqlayıb.
Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.
Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15 500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.
Bloqerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur (şirkətin adının üstü bağlıdır). Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.
Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısından həbs edildikdən 5 ay sonra çıxarılıb.
Cavanşir Həsənli qeyd edib ki, hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir. Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin məzunudur və Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...