“Sosial islahatlar bununla yekunlaşmayacaq”

13:27 02-03-2019 | icon 3085
“Sosial islahatlar bununla yekunlaşmayacaq”

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ümumrespublika müşavirəsi keçirilib. Toplantıda rayon və şəhər təşkilatlarının rəhbər şəxsləri iştirak edib.

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, sonuncu görüş dekabr ayında baş tutsa da, bu görüşə ehtiyac var idi: "Burada müəyyən tapşırıqlar da veriləcək. Bu ilin başlanğıcından vacib sərəncamlar verilib və insanların sosial həyatlarının yaxşılaşması əsas hədəf seçilib. Əmək haqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildən alqışlanan addım idi. 

Minimum əmək haqqının, müxtəlif müavinətlərin, pensiyaların artırılması vətəndaşların həyatını ciddi şəkildə dəyişəcək. Məcburi köçkünlərin sosial rifahının artırılması üçün onların müavinətinin artırılması, tələbələrin təqaüdlərinin artırılması Azərbaycan dövlətinin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Prezidentin iqtisadi islahatları öz bəhrəsini verir, bunun sayəsində büdcə daxilolmaları artır, bunun nəticəsində hökümət sosial layihələrə bir neçə yüz milyon manat ayırır.

Sosial islahatlar bununla yekunlaşmayacaq, müəyyən təbəqələrin həyatının yaxşılaşması üçün yeni addımlar atılacaq. Xalq sosial siyasəti aydın şəkildə görməlidir. Azərbaycan vətəndaşlarının hər birinin diqqətinə çatdırılmalıdır ki, bugünkü hökümətin, hakimiyyətin siyasətinin mərkəzində insan dayanır, vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır". 

Daha sonra müşavirə mətbuata qapalı keçirilib.


Digər xəbərlər

0.4455931186676