Nazarbayev istefa verdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.
Bu barədə dövlət başçısı özü xalqa müraciətində bildirib.
“Mən prezident kimi səlahiyyətimi başa vurmaq qərarını aldım”, -deyə Nazarbayev dövlət televiziyasının canlı efirində bildirib.
“Bu il bu yüksək postu tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını vermişdi”, eks-prezident qeyd edib.
Məlumat üçün bildirək ki, Qazaxıstan qanunvericiliyinə görə, prezidentin vaxtından əvvəl vəzifəsindən getdiyi halda onun səlahiyyətlərini spiker icra edir.
79 yaşlı Nursultan Nazarbayev Qazaxıstanın ilk və tək prezidenti olub. Onun hazırkı prezidentlik dövrü 2020-ci ilin aprelində başa çatacaqdı.
2007-ci ildə parlament Nazarbayevə müddətsiz bu posta təyin edilmək haqqı tanımışdı.
Qazaxıstanda sonuncu prezident seçkiləri 2015-ci ildə baş tutmuşdu. Həmin seçkilərdə Nazarbayev 97,75 faiz səs toplayaraq prezident seçilmişdi.
Ölkə qanunvericiliyinə əsasən, Nursultan Nazarbayev rəsmi titul olan “xalq lideri” sayılır. Bu status ömürlük olaraq ona prezident adından asılı olmayaraq müəyyən hökumət səlahiyyətləri verir. Bundan savayı, sözügedən titul Nazarbayev və ailəsini cinayət təqibindən azad edir.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...