Qubada tanınmış oteldə rəzalət - Foto
İstirahət üçün Qubaya üz tutan vətəndaş Fuad Məmmədov "Retro" oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.
O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:
"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.
Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".
Əməkdaşımız məsələ ilə bağlı sözügedən otellə əlaqə saxlayıb. Fotolarla tanış olan otel nümayəndəsi xoşagəlməz mənzərəni şərh etməkdən boyun qaçırıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.(qafqazinfo)
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...