Halal bilib aldığı kolbasa xarab çıxdı - Foto

11:24 29-07-2019 | icon 2836
Halal bilib aldığı kolbasa xarab çıxdı - Foto

Ötən gün Bakıdakı məşhur supermarketlər şəbəkəsinin birindən kolbasa alan vətəndaş Abbas Həsənli xoşagəlməz durumla qarşılaşıb.

Onun aldığı kolbasa xarab olması ilə yanaşı, ətrafa pis qoxu saçıb.

“Qoxudan yanında dayanmaq olmurdu. Mən hətta diqqətsizlikdən bunun "Halal Nemət 1000 Bərəkət" məhsulu olduğunu düşünürdüm. Sonra evdə baxdım ki, ümumiyyətlə adını eşitmədiyim bir şirkətin məhsuludur. Adətən aldığım məhsulların son istifadə tarixini yoxlayıram, amma bunu yoxlamadan almışdıq və məhsulun üstündə "İstehsal Tarixi"nin qabağında ümumiyyətlə tarix belə yazılmamışdı”, - deyə Abbas Həsənli qeyd edib.

 

Qeyd edək ki, vətəndaşın təqdim etdiyi fotolarda kolbasanın “Kral” şirkətinə aid olduğu görünür.

 

 



Digər xəbərlər

0.26381397247314