Deputat oğlunu evləndirir – Məmurları dəvət etməyəcək
Milli Məclisin deputatı Rüfət Quliyev yaxın günlərdə oğlu üçün toy edəcək.
Bunu deputat özü Oxu.az-a müsahibəsində deyib. O, bildirib ki, başı toy hazırlıqlarına qarışdığından istiraahət edə bilməyib.
“Mən ildə azı bir-iki dəfə övladlarımla birlikdə xaricə istirahətə gedirəm. Son iki ildir ki, başım xeyir işlərə qarışıb. Ona görə də daha çox Azərbaycanda, əsasən də Lənkəranda dincəlməyə üstünlük verirəm”.
R. Quliyev deyib ki, bir oğlunun toyu olub və həmin toy çox qapalı formada keçib: “Bu oğlumun toyunu da lap qapalı formada keçirmək niyyətindəyəm.
Qohum-əqrəbanı, dostları və dövlət vəzifəsində işləyən bir neçə nəfəri, yəni özümə ən yaxın bildiklərimi toya dəvət edəcəyəm. Ucdantutma hamını toya çağırmaq fikrində deyiləm. Mən israfçılığın əleyhinəyəm. Toyda 200 nəfər iştirak edirsə, deməli, həmin toy normal keçir”.
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...