Qaradağda müşavirə keçirildi
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin kiçik akt zalında məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib.
Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Nadir Muradov, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, həmin şöbənin müdir müavini Yusif Nəsibov, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin müdiri A.Kazımov, Qaradağ rayonunun Lökbatan, Sahil, Müşviqabad, Qızıldaş və Ümid qəsəbə məscidlərinin imamları, dini icma rəhbərləri iştirak ediblər.
Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq məhərrəm ayı ərəfəsində məscidlərdə olan dini durumun vəziyyəti barədə danışmış və keçiriləcək din mərasimlərin tələbi olunan qaydalara uyğun aparılması barədə tövsiyələrini bildirib.
Müşavirədə çıxış edən rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov məhərrəmlik ayında Qaradağ rayonunda məscidlərdə dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər haqqında danışıb.
Tədbirin sonunda müşavirəni yekun sözü ilə bağlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və görüləcək tədbirlərdə maksimum məsuliyyətli və ciddi olmalarını tövsiyə edib.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...