Boksçumuz Avropa çempionatının 1/8 finalında
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatına start verilib. Ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Komandamızın heyətində Rəşid Həsənov qitə birinciliyinə qələbə ilə başlayıb. 64 kq çəkidə qüvvəsini sınayan boksçu Simon Vollmerlə (Almaniya) döyüşdən qalib ayrılıb – 4:1 (29:28, 30:27, 29:28, 27:30, 29:28). O, 1/8 finalda ilk mərhələdən azad olan isveçli Hampus Bromanla üz-üzə gələcək. Bu qarşılaşma sentyabrın 8-də baş tutacaq.
Həsənovdan fərqli, Maqsud Xasmetov (52 kq) türkiyəli Samet Gümüşə, Eldar Babayev (60 kq) irlandiyalı Killian Kartiyə və Səlim Səlimov (69 kq) uelsli Qaran Qrofta məğlub olub.
Qeyd edək ki, bu gün mübarizəyə daha 4 boksçumuz qoşulacaq. İqor Platov (75 kq) Valeri Razmeritanı (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevitti (İngiltərə), Murad Allahverdiyev (81 kq) Stoil Stanoyevu (Belarus) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettini (İtaliya) sınağa çəkəcək.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...