“İndi görürəm ki, işlər yaxşı gedir” - Mehriban Əliyeva
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Burada rayon sakinləri ilə görüşən Birinci vitse-prezident Şamaxıda olmaqdan, vətəndaşlarla görüşməkdən şad olduğunu bildirib.
Birinci vitse-prezident Şamaxıya bu dəfə Prezident İlham Əliyevin tapşırığı ilə səfər etdiyini vurğulayaraq deyib:
"Bilirsiniz ki, cənab Prezident zəlzələdən dərhal sonra - fevralın 7-də Şamaxıya səfər etdi, vəziyyətlə tanış oldu, lazımi göstərişlər verdi və maliyyə vəsaiti ayrıldı. Mən indi görürəm ki, işlər yaxşı gedir. Üç rayon üzrə təxminən 547 fərdi ev tam yararsız vəziyyətdə idi. Onların yarısından çoxu artıq inşa olunub və insanların istifadəsinə verilib. Bərpa işləri gedir. Ümidvaram ki, dövlət bu təbii fəlakətin nəticələrini qısa zamanda tamamilə aradan qaldıracaq. Heydər Əliyev Fondu da bu işlərdə iştirak edir. Hər üç rayonda - Şamaxı, Ağsu və İsmayıllıda əhalinin xahişi nəzərə alınaraq yeni məktəblər tikilib, tibb məntəqələrində təmir işləri aparılıb. Mən sizinlə görüşməyə çox şadam".
Mehriban Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bəri respublikamızın regionlarının inkişafı üçün kompleks tədbirlərin həyata keçirildiyini və Şamaxı rayonunda da bu istiqamətdə silsilə tədbirlərin uğurla reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanda dövlət siyasətinin sosial yönümlü olduğunu və bu çərçivədə abadlıq işlərinin aparılmasının, təhsil müəssislərinin, uşaq bağçalarının və səhiyyə obyektlərinin inşası və yenidən qurulmasının da başlıca hədəflərdən biri olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun da inkişafının daim diqqət mərkəzində saxlanacağını dedi və rayon sakinlərinə uğurlar arzulayıb.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...