Azərbaycan İdman Jurnalistləri Federasiyasının ilk iclası keçirilib
Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin tam tərkibdə ilk iclası keçirilib.
Gündəlikdə müzakirə olunan əsas məsələlər 2020-ci il üçün fəaliyyət planının müzakirəsi, bu il üçün tədbirlər planının hazırlanması və təsdiq edilməsi, üzvlüyə qəbul meyarlarının müəyyənləşdirilməsi, vitse-prezidentlərin və komissiya sədrlərinin seçkisi, baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi olub. Bütün bunlar ətrafında fikir mübadiləsi aparılıb, İH üzvləri təkliflərini səsləndiriblər. Müzakirələr nəticəsində müvafiq qərarlar qəbul olunub. Firuz Abdulla və Mahir Rüstəmli vitse-prezident, Vüqar Zeynalov (federasiyalar və başqa idman qurumları ilə əlaqələr), Firuz Abdulla (etika), Elşən Məmmədov (tədbirlərin təşkili və keçirilməsi) və Ellada Mustafayeva (beynəlxalq əlaqələr və təhsil) komissiya sədri seçilib. Komissiyaların hər birində daha iki üzvün yer alması planlaşdırılır. Baş katib vəzifəsinə namizədlərin müzakirəsi növbəti iclasa saxlanılıb.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...