“Qəbələ” çilili futbolçu aldı
“Qəbələ” növbəti transferini açıqlayıb. “Qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.
“Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib.
Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...