İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Gənclərin maariflənməsi məqsədilə müxtəlif bilik yarışlarına hər zaman dəstək olan “Nar”, bu il də “Breyn Rinq” intellektual oyununa baş sponsorluq edəcək.
Artıq 8 ildir ki, mobil operatorun baş sponsorluğu ilə yayımlanan ölkənin ən maraqlı intellektual yarışının 15-ci mövsümü start götürüb. “Breyn Rinq” bilik yarışının builki mövsümündə respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 36 komanda mübarizə aparacaq. Yeni mövsümdə yarışda bəzi dəyişikliklər edilib. Belə ki, komandalar 3 divizina bölünüb: region, universitet, Bakı və sponsor komandaları. Hər divizion üzrə qalib gəlmiş komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də xüsusi müsabiqə keçiriləcək. Belə ki, verilişin yayımı zamanı “Nar”ın “Facebook” səhifəsində qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanacaqlar. “Breyn Rinq” həvəskarları intellektual oyunu izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...