“OPEC+ ölkələri hasilatı 10 milyon barel azaltmağa razılıq verdi” - KİV
OPEC+ ölkələri bu gün keçirilən videokonfrans zamanı may-iyun aylarında neft hasilatının sutkalıq 10 milyon barelədək azaldılması barədə razılığa gəliblər.
Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
“Shana” agentliyinin məlumatına görə isə, daha bir variant kimi müzakirə olunur ki, neft hasilatının iyunda sutkalıq 10 milyon, dekabrda 8 milyon, 2021-ci ilin aprelində isə 6 milyon barelədək azaldılsın.
Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin sözlərinə görə, ABŞ Rusiya və Səudiyyə Ərəbistanı ilə birlikdə dünya neft bazarının sabitləşməsi üçün çalışır. Bundan başqa, OPEC+ ölkələrinin yeni razılaşması uzunmüddətli xarakter də daşıya bilər.
“Hesab edirik ki, uzunmüddətli gediş bazarı sabitləşdirmək üçün həm istehsalçılar, həm də istehlakçılar üçün vacibdir”, - deyə Dmitriyev bildirib.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...