Tarixdə ilk dəfə - Futbolçular “Qızıl top”suz qalacaq
2020-ci ilin yekunları üzrə "Qızıl top" futbol mükafatını təqdim etməyəcəklər. Bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalı xəbər verib.
“1956-cı ildən, tarixində ilk dəfə “Ballon d'Or France” ("Qızıl top") mükafatı kifayət qədər ədalətli şəraitin olmaması səbəbindən 2020-ci ildə təqdim edilməyəcək”, - məlumatda deyilir.
Mükafatın təsisçiləri qeyd ediblər ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə futbol mövsümü bərpa olunmayıb, ona görə də qalibin seçimi obyektiv olmayacaq.
Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək.
Qeyd edək ki, “Qızıl top” mükafatı “France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. 2019-cu ildə “Barselona” və Argentina yığmasının oyunçusu Lionel Messi “Qızıl top”a sahib olub.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...