AFFA “Qəbələ”yə 1 milyon yarım ayırdı
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında fövqəladə iclası keçirilib.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən “Qəbələ” klubuna 1.500.000 (bir milyon beş yüz min), “Zirə” klubuna isə 500.000 (beş yüz min) AZN maliyyə yardımı göstərilsin.
2. İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar “Sumqayıt” klubuna 300.000 min (üz yüz min), “Səbail” klubuna isə 200.000 (iki yüz min) AZN maliyyə yardımı göstərilsin.
3. Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul etsin.
4. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.
5. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı proritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edir.
6. AFFA tərəfindən ötən mövsümlərdə Birinci Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunsun.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...