Hikmət Hacıyev Rusiyada akkreditə olunmuş xarici jurnalistləri də Azərbaycana dəvət etdi
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat brifinqi verib.
H.Hacıyev xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb. Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi mülki infrastrukturun məqsədyönlü şəkildə hədəfə alındığını diqqətə çatdırıb.
Habelə, H.Hacıyev Ermənistandan fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu xüsusilə qeyd edib.
Daha sonra H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...