Filip Ozobiç Azərbaycan millisində?

15:52 10-11-2020 | icon 2403
Filip Ozobiç Azərbaycan millisində?

“Qarabağ”ın futbolçusu Filip Ozobiç yaxın gələcəkdə Azərbaycan millisinin şərəfini qoruya bilər. Bu barədə Xorvatiyanın “İndex.hr” saytı məlumat yayıb.

Xorvatiyalı futbolçunun Azərbaycan Premyer Liqasının son turunda – “Neftçi”ylə qarşılaşmada (6:0) het-trik etdiyini vurğulayan mənbə onun millidə çıxışı üçün maneənin olmadığını bildirib. 2016-cı ildən bəri Premyer Liqada çıxış edən Ozobiç martda – Azərbaycanda 5 ili tamam olduqdan sonra yığmada oynamaq haqqı əldə edəcək.

 

2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyan xorvatiyalı futbolçu daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.


Digər xəbərlər

0.28725790977478