Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"a, "Sabah" "Səbail"ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun görüşləri keçiriləcək.
Ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 13 xalla 7-ci pillədə qərarlaşan "Səbail" "ASCO Arena"da özündən 1 xal çox toplayan və 6-cı sırada yer alan "Sabah"la üz-üzə gələcək. Bunadək ölkə çempionatında 9 dəfə qarşılaşan komandaların duelində "dənizçilər" 3, Masazır təmsilçisi 4 qələbə qazanıb, 2 görüş heç-heçə başa çatıb. Topların fərqi də "Sabah"ın xeyrinədir - 12:10. Son üç görüşdə qonaq komanda qalib gəlməyib. “Səbail” son üç ev oyununda qol vurub.
Digər oyunda "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Hazırda Ağdam klubu 29 xalla 2-ci, "gənclik şəhəri" təmsilçisi isə 22 xalla 4-cüdür. Bu görüş komandaların Premyer Liqada 34-cü dueli olacaq. İndiyədək baş tutan matçların 24-də qonaqlar, 5-də meydan sahibləri seviniblər. 4 qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu oyunlarda "köhlən atlar" 73 qol vurublar. Ayxan Abbasovun başçılıq etdiyi kollektiv isə 17 dəfə fərqlənib. "Qarabağ" ardıcıl 20 oyunda meydanı qol vurmadan tərk etməyib. "Sumqayıt" son iki ev matçında uduzmayıb.
Azərbaycan Premyer Liqası
XVI tur
16:00. "Səbail" - "Sabah"
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı, "ASCO Arena".
18:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt, "Kapital Bank Arena".
Qeyd edək ki, tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...