“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi o olacaq
23 aprel Ümumdünya Kitab Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir.
15 may saat 12:00-da baş tutacaq onlayn görüşün növbəti qiraətçisi xalq artisti Zülfiyyə Xanbabayeva olacaq. O, izləyicilər üçün dünyaca məşhur nağıllar oxuyacaq. Görüşə qoşulmaq üçün bu keçidə daxil olmaq, yaxud “Nar”ın rəsmi Facebook və YouTube kanallarında yayımı canlı şəkildə izləmək mümkündür.
Qeyd edək ki, “Oxu saatı”nın buna qədər qonaqları xalq yazıçısı Çingiz Abdullayev, televiziya aparıcıları Nərgiz Cəlilova və Ceyhun Əli olublar. Onlar məktəblilərə mütaliənin, kitabın əhəmiyyətindən danışıb, müxtəlif nağıllar, hekayələr oxuyublar. Ümumilikdə 6100-dən çox məktəbli “Oxu saatı” layihəsinin dinləyicisi olub.
Təhsil Nazirliyinin də dəstəyilə reallaşan layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır.
-
“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü keçirilib - VİDEO
...
-
Mastercard və CinemaPlus strateji tərəfdaşlığı elan edir: “CineMastercard” təqdim olundu - VIDEO
...
-
Rejissor kreativliyi və ballet artistinin məharəti - VIDEO
...
-
Qətərdə Azərbaycan musiqiləri səsləndi - Fotolar
...
-
"21-ci möcüzə” filminin təqdimatı keçirilib
...
-
“Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda bu gün əlil ola bilərdim”
...
-
Cavanşir Quliyev səhhətindən danışdı - Video
...
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...