Yunan-Roma güləşçilərimizdən I MDB Oyunlarında 6 medal - Fotolar
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.
Sentyabrın 3-də “Bars” Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib.
Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Nihad Quluzadə (55 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kiloqram) ikinci, Nihat Məmmədli (60 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) isə üçüncü yeri tutublar.
Beləliklə, millimiz birinci MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...