Orxan Səfərov qızıl medal qazandı
Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirində Orxan Səfərov qızıl medal qazanıb.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən O.Səfərov finala vəsiqə qazanıb. Cüdoçumuz qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.
Qeyd edək ki, yarışda bundan əvvəl Rövşən Əliyev (60 kq) bürünc medal qazanıb. Azərbaycan “Böyük dəbilqə” turnirində 33 idmançı ilə təmsil olunur.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...