“Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib


Şağan Mədəniyyət Mərkəzində “8 Noyabr – Zəfər Günü” münasibətilə silsilə tədbirlər çərçivəsində “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayonun dövlət qurumlarının rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Şağan Mədəniyyət Mərkəzininin foyesində təşkil olunmuş “Vətən Müharibəsi Qəhrəmanları rayon gənclərinin gözü ilə” adlı sərginin təqdimatı ilə tanış olublar.
Tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lentə alınan “Ey vətən” adlı klipin təqdimatı keçirilib.
-
Tanınmış klarnet ifaçısı vəfat etdi
...
-
“Arka sokaklar” bitib?
...
-
Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycanın mədəniyyət ensiklopediyası hazırlanır
...
-
“Toppuş bacı” dünyasını dəyişdi
...
-
Biz yazmasaq... Mehriban Ələkbərzadəyə məktub
...
-
Mərkəzi Nəbatat Bağı belə olacaq - Fotolar
...
-
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
...
-
Kukla Teatrında yoxlamalar dayandırıldı
...
-
Prezident Salxab Məmmədovu təltif etdi
...
-
Bu gün Bakıda üç yerdə konsert var
...