Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.
Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli komandalara seçim xarakteri daşıyan yarış Bakı İdman Sarayında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil ediləcək çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.
Növbəti gün klassik güləşdə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq-da medalçıların adına aydınlıq gələcək.
Yarışın son günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...