Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi
Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Sonra Azərbaycan Voleybol Federasiyasının hesabatı dinlənilib. Federasiya prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib. Ardınca federasiya rəhbərliyinə seçkilər keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti, Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsinə seçiliblər.
Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv seçiliblər.
***
C. Qurbanov qeyd edib ki, federasiyanın əsas hədəfi voleybolun inkişafı, voleybol komandalarının sayının artırılması olacaq: “Bu idman növünü ölkənin hər yerinə yaymalıyıq”.
O, həmçinin uşaq voleybolundan söz açıb: “Bir çox klublar məktəblərin təmsilçiləridir. Onlarla danışıb bu məsələnin inkişafına çalışacağıq. Uşaq voleybolu ilə bağlı təklifimiz odur ki, yeni internat məktəbi yaradılsın və ya hazırkı məktəblərdə bizim müəllimlərimiz olsun. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil. Komanda idman növünü də inkişaf etdirmək lazımdır. Bizim xalq çox hündür deyil. Çalışmaq lazımdır ki, gənclərimiz daha çox inkişaf etsinlər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə çox sayda yeni təhsil ocaqları, olimpiya kompleksləri qurulub. Onlarda hər bir şərait də var. Sadəcə, istək, həvəs lazımdır. Gəncləri, xüsusən də, qızları bu idman növünə yönləndirmək lazımdır”.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...