Mədət Quliyevdən federasiya prezidenti kimi ilk - Açıqlama
Azərbaycan Velosiped İdmanı Federasiyasının hesabat-seçki konfransında prezident seçilən Mədət Quliyev brifinq keçirib.
O, federasiyanın gələcək planları barədə danışıb:
“Azərbaycanda çox gözəl velosiped idmanına infrastruktur yaradılıb. Dünyada çox az ölkələrdə belə imkanlar, yollar var. Velosiped sevənlər də əllərindən gələni etməlidirlər ki, velosipedə sevgi artsın. İnsanlar avtomobillərindən düşüb, velosipedə üstünlük versinlər. Bizim məqsədlərimizdən biri peşəkar velosipedçilər yetişdirməkdir.
Elçin Əsədov Tokio Yay Olimpiya Oyunlarında çox yaxşı iştirak elədi. Amma regionlarda da peşəkar velosiped idmanına sevgini artıraq. Dünyada 40-a yaxın peşəkar komanda var. Çalışacağıq ki, Azərbaycan da orada təmsil olunsun. Böyük nailiyyətlər əldə edəcəyimizə şübhə etmirəm”.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...