Prezident Administrasiyasına yeni səlahiyyət verildi
Prezident Administrasiyası İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Osman Gündüz xatırladıb ki, bu gün Prezident 2008-ci ildə qəbul edilən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyiklik edilməsi haqqında fərman imzalayıb: “Dəyişikliyə əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) informasiya əldə edə bilən dövlət qurumlarının siyahısı genişləndirilib. Belə ki, Prezident Administrasiyası da İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək. Fərmana görə, bu səlahiyyət Prezident Administrasiyasına vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə verilib”.
Ekspert vurğulayıb ki, adıçəkilən əsasnamədə çox sayda dövlət qurumlarının İAMAS-a vətəndaşlar haqqında hansı məlumatları daxil edəcəyi və hansı məlumatları da İAMAS-dan ala biləcəyi qeyd edilib: “Ölkənin ən nəhəng informasiya sistemi olan İAMAS-ın operatoru Daxili İşlər Nazirliyidir”.
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...