Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazandılar

09:51 13-02-2022 | icon 1260
Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazandılar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri davam edir.

 

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün rəqiblərini məğlub edərək finala yüksəliblər. Həlledici mərhələdə cüdoçularımız üz-üzə gəliblər. Qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vuran Turan Bayramov turnirin qalibi olub. Samir Piriyev isə gümüş medalla kifayətlənib.

Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı qatılıb.


Digər xəbərlər

0.23415899276733