Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir
Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.
Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir.
Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır.
Təkliflər 10 iş günü ərzində - 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq. Qalibə mükafat təqdim ediləcək.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...