Qurban Qurbanova Qarabağ “Zəfər” saatı hədiyyə edildi - Fotolar
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova Qarabağ “Zəfər” saatı hədiyyə edilib.
“Zəfər” saatı 50 illik yubileyini qeyd edən Ağdam təmsilçisinə «Karabakh Watches» saatlarının təsisçisi Toğrul Rüstəmov tərəfindən təqdim olunub. Saat «Karabakh Watches» premium saat brendinin məhdud sayda istehsal olunan “Zəfər” saatları buraxılışındandır.
Əqrəblərində Azərbaycan bayrağının rəngləri əks olunan, üzərində Azərbaycan sözü həkk olunan saatın X, XI rəqəmləri 10.11 tarixini yəni – Zəfər Gününü bildirir! Məhdud sayda 279 ədəd buraxılışı isə 27.9 tarixini - 44 günlük Vətən Müharibəsinin başlamasını simvolizə edir.
Məlumat üçün bildirək ki, saatın vizualı “Türk Dünyası Ali Ordeni”nin dizayneri Adəm Yunisova aiddir.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Ötən ay isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...