Şamaxıda konfrans keçirilib
Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 10 iyun 2022-ci il tarixdə Şamaxı İncəsənət Təhsili Mərkəzində coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, tanınmış coğrafiyaçı-landşaftşünas Kərəmov Nurəddin Kərəm oğlunun 110 illik yubileyinə həsr olunmuş "Azərbaycan landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində N.K.Kərəmovun rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov, institutun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov Azərbaycanda landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində Nurəddin Kərəmovun rolundan bəhs edərək onun bu istiqamətdə gördüyü işlərdən geniş söhbət açıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq Azərbaycan mədəniyyətinin və elminin inkişafında Şamaxının rolu, o cümlədən coğrafiya elminin inkişafı istiqamətində görkəmli alim həmyerlimiz Nurəddin Kərəmovun göstərdiyi xidmətlərdən söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin ölkəmizdə elmə və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirin sonunda çıxış edən Nurəddin Kərəmovun nəvəsi Rüfət Kərimov alimin ailə üzvlərinin adından konfransın təşkilində göstərdikləri köməkliyə görə Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna öz minnətdarlığını bildirib.
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...