Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu olub
Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi maksimum nəticəyə imza atıb.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.
100 xal toplayan Azərbaycan komandası Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.
Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...