Tarixi geosiyası addımlar
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dövlətimizin beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub. Azərbaycanın İtaliya ilə münasibətləri də çox yüksək səviyyədədir. Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında dövlətimizin başçısı Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verib.
Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. Lakin İtaliyanın xüsusi çəkisi onunla bağlıdır ki, Azərbaycanın ən yaxın ticari-iqtisadi tərəfdaşıdır. Avropa ölkələri içərisində Azərbaycan neftinin birinci ən böyük və qazının isə üçüncü ən böyük alıcısı məhz İtaliyadır. İtaliya həm də NATO-ya üzv dövlətdir. Deməli, Azərbaycanın həm Avropa İttifaqı, həm də NATO ilə münasibətlərinin inkişafına İtaliyanın dəstəyi, töhfəsini xüsusilə qeyd etmək lazımdır.
Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılması ilə əlaqədar sənədin təqdim edilməsi, İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bir sözlə, Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldırıb.
Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün istər beynəlxalq səviyyədə, istər regional səviyyədə, istərsə də ölkə daxilində məqsədyönlü və düşünülmüş siyasət həyata keçirərək Azərbaycanın dünya miqyasında aparıcı ölkə kimi qəbul edilməsinə nail oldu.
Cəlil Abdullayev,
Cəlilabad şəhər 8 saylı tam orta məktəbin direktoru
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...