“Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma "köhlən atlar"ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur edib. Görüşün əvvəlində Kvabena Ovusunun qüvvətli zərbəsindən sonra qapıçı Noah Atubolu qola mane olub. 10-cu dəqiqədə Kadi Borges fərqlənməyə yaxın olsa da, top müdafiəçilərə dəyərək meydanı tərk edib.
23-cü dəqiqədə rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə qonaqları hesabda önə keçirib.
Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf olub və təzyiqi daha da artırıb. 39-cu dəqiqədə Ovusu cərimə meydançasında əlverişli şansı boşa verərək topu qapının üstündən vurub. Bundesliqa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə də "köhlən atlar" daha fəal başlayıb. 53-cü dəqiqədə baş hakim Aleksey Kulbakov rəqib qapısına penalti təyin etsə də, VAR sisteminə baxıldıqdan sonra qərarını dəyişib. Ardınca Marko Veşoviç topu qapıdan keçirsə də, növbəti dəfə eyni hal yaşanıb. 62-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Referi ilk olaraq sarı vərəqə versə də, VAR-a baxdıqdan sonra müdafiəçini cəzalandırıb. 71-ci dəqiqədə Ovusu qapıçı ilə təkbətək qalsa da, şansdan yararlana bilməyib. "Qarabağ" sonlara yaxın təzyiqi artırıb və 90+2-ci dəqiqədə Kvabena Ovusu ilə bərabərlik qolunu vurub.
Beləliklə, rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.
G qrupunun digər matçında "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ına 0:2 hesabı ilə yenilib. 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazanıb. "Qarabağ" 8 xalla üçüncü olubsa, "Olimpiakos" 2 xalla sonuncu yeri tutub.
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...