Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

11:43 14-11-2022 | icon 1360
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Azərbaycan 70 illik əsarətdən qurtularaq 1991-ci il oktyabrın 18-də
müstəqilliyini yenidən rəsmən elan etdi. XX əsrdə Şərqin ilk demokratik
respublikası Azərbaycan Demokratik Respublikası olsa da, təəssüf ki, qısa
ömür yaşamışdı. Sovet imperiyasının dağılmasından sonra dövləti yenidən
qurmaq istiqamətində mühüm qərarlar qəbulu olunmalı idi. Ölkədə siyasi,
sosial və iqtisadi cəhətdən dağınıqlıq hökm sürürdü. Bu qarışıqlıqdan
yaranmış problemlər vəziyyəti gərginləşdirirdi. Belə bir vəziyyətdə atılacaq ilk
mühüm addım müstəqil dövlətin qanunlarını, yəni Konstitusiyasının qəbulu idi.
Azərbaycan Demokratik Respublikası qısa ömür sürmə səbəbindən o
zaman müstəqil dövlətin Konstitusiyası hazırlanmamışdı. Müstəqil
Azərbaycan Respublikasının ilk yeni Konstitusiya layihəsi Ulu Öndər Heydər
Əliyevin sədrliyi ilə komissiya tərəfindən hazırlanmışdır. Müstəqil Azərbaycan
Respublikasının ilk yeni Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsində (referendumda) qəbul edilərək noyabrın 27-dən qüvvəyə
minmişdir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya
aktında ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, elm və təhsilini,
humanizm və insanpərvərlik prinsiplərini qoruyacaq bütün maddələr əksini
tapmışdır. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən
ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün
müddəalar daxil edilmişdir.
Qəbul edilmiş Konstitusiyaya əsasən, Azərbaycanda Respublikası
demokratik, hüquqi, dünyəvi dövlətdir. Burada din dövlətdən ayrıdır. Ərazidə
yaşayan əhalinin etiqadına hörmətlə yanaşılır. Təhsil müəssisələrində dünyəvi
biliklər tədris olunur.
Qəbul edildiyi vaxtdan Azərbaycan Konstitusiyasına üç dəfə referendum
yolu ilə dəyişiklik olmuşdur. 2002-ci il avqust ayının 24-də, 2009-cu il mart
ayının 18-də və 2016-cı il sentyabr ayının 26-da ümumxalq səsverməsində
(referendumda) bu dəyişikliklər qəbul edilmişdir.
1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si
Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ağayeva İradə Qurban qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.2893271446228