Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi

11:43 14-11-2022 | icon 582
Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi

Artıq 2-ci ildir ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin
ildönümünü qeyd edirik. Çox qururlu haldır ki, bu təntənələrin əsas
keçirilmə mərkəzlərindən biri də Şuşa şəhəridir. Ötən il olduğu kimi bu il
də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Zəfər Gününü Şuşada qeyd edirlər. Noyabrın 8-də Zəfər Günü
münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən şlkə başçısı
cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, alınmaz qala sayılan
Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan
Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq.
Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr
edəcəklər. Şuşanın strateji mövqeyi faktiki olaraq onun azad
olunmasından sonra müharibənin taleyini həll etdiyi üçün müharibənin
son məqsədi Şuşanı işğaldan azad etmək idi. Həm də Qarabağın tacı
olan Şuşa Azərbaycan xalqının ürəyi, canı olaraq, hər bir azərbaycanlı
üçün müqəddəs bir yerdir. 2020-ci il sentyabrın 27-də başlana Vətən
müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı
Qüvvələri yalnız irəli getdi, 44 gün ərzində bir gün də geri addım atmadı.
Şuşanın azad edilməsi gününə kimi ordumuz bir çox şəhər və
kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı,
Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş
meydanında azad etdi. Nəhayət, Şuşanın azad edilməsi Ermənistan
ordusunun belini qırdı, onu kapitulyasiyaya imza atmağa vadar etdi. Ölkə
başçısı xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsi günlərində
Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə
yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçib. Son illərdə
aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində ölkədə güclü
iqtisadiyyat yaradıldı. Güclü iqtisadiyyat yaradılması müharibədə
qələbənin qazanılması işində önəmli amil oldu. Bu da güclü, hərbir silah-
sursat, müasir texnika ilə təchiz edilmiş ordunun yaradılmasına kömək
oldu. Bu gün dünyanın əksər ölkələrində çətinliklər yaşanır, dərin iqtisadi,
həmçinin enerji böhranı hökm sürür. Lakin buna baxmayaraq
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyat olduğunu, daim inkişafda
olduğunu göstərdi. Bu gün ağır müharibədən çıxmış ölkə azad edilmiş
torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu
işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində
heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə

yardım almamışıq, yalnız və yalnız öz gücümüzə, imkanlarımıza
arxalanmışıq. Eyni zamanda İkinci Qarabağ savaşı ölkəmizdə milli
həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün
xalqlar bir böyük ailənin üzvü olaraq Qarabağ uğrunda ölümə gedirdilər.
Bu birlik dünya miqyasında nadir dəyərimizdir. Ağır günlərdə daxili
sabitlik, milli birlik və həmrəylik, xalq-iqtidar birliyi öz sözünü dedi. Biz
əzəli düşmən üzərində tarixi Qələbə qazandıq. Bunlar ölkəmizdə
aparılan dövlət siyasətinin böyük nəticəsidir. Bütün bunlar bir daha sübut
edir ki, bu gün dövlətimizə dahi bir insan rəhbərlik edir. Onun səyləri
nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir. Qazanılan Şanlı
Qələbə, əldə edilən uğurlar ölkə başçısı cənab İlham Əliyevin dahi
intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub və hər
birimiz öz Prezidentimizlə fəxr edirik.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.26447916030884