Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

09:28 16-12-2022 | icon 606
Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər
və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu
münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər
sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün
hər üç ölkənin strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur.
Məhz 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamə imzalanıb. Eləcə də Azərbaycanın Türkiyə ilə 2021-ci
ildə imzaladığı Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini strateji
müttəfiqlik səviyyəsinə çatdırıb. Ölkələr bir-birinə qarşılıqlı dəstək verir,
beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk
Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edirlər.
Azərbaycan, Türkmənistan və Türkiyə arasındakı əməkdaşlıq Asiya ilə
Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
“Reallıq ondan ibarətdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-
logistika sahəsində böyük uğurlara imza atıblar. Onu da əlavə edək ki, haqqında
danışılan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal
iştirakçılarıdır. Bu gün Avropadan Asiyaya və əksinə  uzanan ticarət yolları
üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını
formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın
enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44
günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra
Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması
da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait
yaradacaq.
Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış
energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair
sənədlər də qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına əlavə
imkanlar verəcək . Azərbaycanın reallaşdırdığı nəqliyyat-logistika və
kommunikasiya layihələri bütün ölkələrin birgə fəaliyyəti mühüm imkanlar açır,
məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma
qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması nəzərdə
tutulur. Eləcə də Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası
yaxın illərdə tam gücü ilə işə başlayacaq. Həmçinin, 2013-cü ildə istismara
verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir və bu gün
Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət
donanmasına malikdir. Bundan başqa regionun mühüm nəqliyyat arteriyası olan
Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə 100 milyon dollardan çox sərmayə
qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona
çatdırılacaq. Bütün bunlarla yanaşı Bu gün Azərbaycan 18 yük təyyarəsi ilə

regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.
Növbəti 10 il ərzində daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir ki, işğaldan azad
olunmuş Laçında sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması
nəzərdə tutulub. Bir sözlə, Azərbaycan malik olduğu nəqliyyat-logistika və
kommunikasiya imkanları Azərbaycan, Türkmənistan-Türkiyə əməkdaşlıq
imkanlarının daha da genişləndirilməsinə təkan verir. Bütün bunlar Avrasiyada
iri enerji, nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsinə vəsilə
olacaq.
Yaqut Mehdiyeva
Saatlı rayonu Azadkənd kənd tam orta məktəbin tarix müəllimi


Digər xəbərlər

0.2856068611145