“Qarabağ” Mbappenin əvəzedicisini gətirdi
“Qarabağ”ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.
Türkiyədə hazırlıq keçən “Qarabağ”ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.
Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama “Qarabağ”a azad agent kimi gəlib.
“Kan” yetirməsi peşəkar futbola “Renn”də başlayıb. Bu klub 2017-ci ildə onu “Monako”ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra “Knyazlıq klubu” da onu 10 milyon avro qarşılığında “Haddersfild”ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu “Nottingem Forest”ə, iki il sonra “Amyen”ə icarəyə vermişdi.
2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt “Qarabağ”a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.
Bu, “Qarabağ”ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə “Lans”dan gəlmişdi.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...