“Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər
UEFA növbəti mövsümlərdə “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.
Maliyyə fırıldağına görə bir neçə gün əvvəl “Yuventus”un A Seriyasından 15 xalı silinmişdi.
“La Gazzetta dello Sport”un məlumatına görə, UEFA “Yuventus”u klubun maliyyə pozuntuları ilə bağlı işin digər istiqaməti - maaş saxtakarlığı ilə bağlı “qeyri-idman davranışına” görə Avropa yarışlarından kənarlaşdıra bilər. Belə pozuntuların faktı sübuta yetirilərsə, UEFA klubun yeni maliyyə göstəricilərini nəzərə alaraq vəziyyəti öyrənəcək.
2021-ci ildə “Yuventus” maliyyə feyr-pley qaydalarına əməl etmədiyinə görə 3,5 milyon avro cərimələnib. Yaxın 3 ildə Turin təmsilçisinin digər maliyyə pozuntularına yol verdiyi sübut olunarsa, cərimənin məbləği 23 milyon avroya qədər artacaq. İtkilərin miqdarından asılı olaraq, “Yuventus” bir mövsümdən çox avrokuboklardan uzaqlaşdırılmaqla da cəzalandırıla bilər.
Mümkün qadağa yalnız “Yuventus”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə, tətbiq olunacaq. Əgər bu mövsüm klub A Seriyasının ilk 7-liyinə düşə bilməsə, cəza yalnız “Yuventus” Avropaya qayıdandan sonra qüvvəyə minəcək .
Xatırladaq ki, Turin təmsilçisi 15 xalı silindikdən sonra A Seriyasında 10-cu pilləyə düşüb.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...