İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.
Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb.
Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...