Şamaxıda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirildi
Bu gün Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirilib.
Tədbiri salamlama nitqi ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm və təhsil sahəsindəki islahatlarından ətraflı bəhs edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxışında qeyd edib ki, bugünkü möhtəşəm Azərbaycanımızın danılmaz tərəqqisinin banisi, hamımız üçün doğma və unudulmaz olan Ümummilli liderdir.
Sonra tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Ağadadaş Ağayev, Nurəddin Mehdixanlı , Məleykə Əsədova və Azərbaycanın Əməkdar artisti Elnur Zeynalovun ifasında Ulu öndərə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...