UEFA Konfrans Liqası: Azərbaycan komandalarının rəqibləri bu gün müəyyənləşir

09:17 21-06-2023 | icon 907
UEFA Konfrans Liqası: Azərbaycan komandalarının rəqibləri bu gün müəyyənləşir

Bu gün "Neftçi", "Qəbələ" və "Sabah" komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq.

Tədbir Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşk zamanı "Neftçi" səpənlənmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər sırasında yer alacaq.

II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər:

I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi

“Brügge” (Belçika)

“Bazel” (İsveçrə)

“Gent” (Belçika)

“Fənərbağça” (Türkiyə)

ÇFR (Rumıniya)

“Midtüllan” (Danimarka)

PAOK (Yunanıstan)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

MOİK (Bolqarıstan)

“Tvente” (Niderland)

“Riyeka” (Xorvatiya)

“Gimaraeş” (Portuqaliya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

AEK (Larnaka, Kipr)

“Omoniya” (Kipr)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Hibernian” (Şotlandiya)

“Aris” (Saloniki, Yunanıstan)

“Austriya” (Avstriya)

Səpələnməmişlər:

I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi

“Petrokub” (Moldova)

“Drita” (Kosovo)

Voyvodina” (Serbiya)

“Adana Demirspor” (Türkiyə)

“Lütsern” (İsveçrə)

“Vorskla” (Ukrayna)

“Bohemians” (Çexiya)

“Orxus” (Danimarka)

“Beytar” (İsrail)

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Levski” (Bolqarıstan)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Debretsen” (Macarıstan)

“Sepsi” (Rumıniya)

“Qəbələ” (Azərbaycan)

“Boraç” (Bosniya və Herseqovina)

“MOİK 1948” (Bolqarıstan)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

“Differdanj” (Lüksemburq)

“Torpedo BelAZ” (Belarus)


Digər xəbərlər

0.24419403076172